SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Səbail" "Sumqayıt"a böyük hesabla qalib gəlib

24-08-2019, 20:58

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həftənin açılış matçında "Sumqayıt" "Səbail"i qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:0.

Qarşılaşmada hesabı 10-cu dəqiqədə penaltidən Ağabala Ramazanov açıb. 51-ci dəqiqədə isə Şəhiryar Rəhimov fərqlənib. Matçın 69-cu dəqiqəsində Ramazanov dublunu rəsmiləşdirib.

90+5-ci dəqiqədə "Sumqayıt"ın heyətində Əmir Ağayev penaltidən yararlana bilməyib.

Beləliklə, xalını 6-ya çatdıran "Səbail" 1-ci pilləyə yüksəlib. Növbəti sıralardakı "Qarabağ" və "Sumqayıt"ın 3 xalı var.

Qeyd edək ki, II tura bazar günü keçiriləcək "Sabah" - "Keşlə", "Qarabağ" - "Qəbələ" və avqustun 26-da reallaşacaq "Zirə" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30