SON DƏQİQƏ

naxcivanxeberleri.com

Karateçilərimiz Qara dəniz və Xəzəryanı ölkələrin çempionatında 2-ci pillədədir

Karateçilərimiz Qara dəniz və Xəzəryanı ölkələrin çempionatında 2-ci pillədədir
24-08-2019, 15:19

23-25 avqust tarixlərində Rizədə Qara dəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı keçirilir.

Azərbaycan Milli Karate Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Rizə Qapalı İdman Salonunda yarışın ilk günü mötəbər turnirin təntənəli açılış mərasimi keçirilib. Türk şəhidlərinin xatirəsi sükutla anıldıqdan sonra, İstiqlal marşı səsləndirilib.

Rizə Gənclik və Spor Hizmetleri Spor İl müdiri Mustafa Çelik, Bələddiyyə başkanı Rahmi Metin, Türkiyə Karate Federasiyasının prezidenti Esed Delihasan, Azərbaycan Milli Karate Federasiyasının, həmçinin Qara dəniz və Xəzəryanı ölkələrin karate federasiyaları təşkilatının prezidenti Yaşar Bəşirov çıxış ediblər. Gürcütsan və Moldova Karate Federasiyalarının prezidentləri, o cümlədən Ukrayna və İranın nümayəndələri də tədbirdə iştirak edib.

Açılış mərasiminin bədii hissəsi, yerli folklor qrupunun təqdimatında musiqi və rəqslərlə davam edib.

Mərasimin ardından fəxri qonaqlar, müxtəlif əyarlı medallara sahib olan Azərbaycan karateçiləri də daxil olmaqla, fərqlənən idmançılara müvafiq mükafatlar təqdim ebiblər.

Ertəsi gün yeniyetmə və gənclər, bazar günü isə böyüklər və veteranlar yarışa qatılacaq.

Yarışda 9 ölkədən 57 regionu təmsil edən 159 klubun tərkibində 1404 idmançı iştirak edir.

Nəticələrə əsasən ümumi komanda hesabında Azərbaycan Türkiyədən sonra ikinci pillədədir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30