SON DƏQİQƏ

naxcivanxeberleri.com

Premyer Liqa: II tura Sumqayıtda start veriləcək

Premyer Liqa: II tura Sumqayıtda start veriləcək
24-08-2019, 09:16

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 3 günü əhatə edəcək həftənin açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Hər iki kollektiv çempionatın ilk turunda qələbə qazanıb. Ayxan Abbasovun baş məşqçilik etdiyi "Gənclik şəhəri" təmsilçisi səfərdə "Qəbələ"dən üstün olub - 2:0. "Səbail" isə evdə "Zirə"ni 1 cavabsız qolla məğlub edib.

Komandalar bu vaxta qədər Premyer Liqada 8 dəfə üz-üzə gəliblər və hərəyə 3 qələbəyə seviniblər. Qələbələrin sayında olduğu kimi topların nisbəti də bərabərdir - 6:6. "Səbail" Aftandil Hacıyevin rəhbərliyi altında son iki görüşdə "Sumqayıt"a uduzmayıb.

Qeyd edək ki, II turun "Sabah" - "Keşlə" və "Qarabağ" - "Qəbələ" oyunları avqustun 25-də, "Zirə" - "Neftçi" dueli isə avqustunda 26-da olacaq.

24 avqust (şənbə)

19:00. “Sumqayıt” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sumqayıt, “Kapital Bank Arena”

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30