SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub

Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub
22-08-2019, 16:09

Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov 3 gündən sonra start götürəcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM ACF-in rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar.

Hər iki mütəxəssis, həmçinin millimi üzvləri mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, SşSadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 1-dək Tokio şəhərində keçiriləcək. 2020-ci il Tokio Yay Olimpiya Oyunları öncəsi son mundialda 148 ölkənin cüdoçuları mübarizə aparacaq. Azərbaycanı bu nüfuzlu yarışda 15 cüdoçu (8 kişi, 7 qadın) təmsil edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031