SON DƏQİQƏ

naxcivanxeberleri.com

AVRO-2020: Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlar üçün 780 avroluq paketlər satışa çıxarılıb

AVRO-2020: Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlar üçün 780 avroluq paketlər satışa çıxarılıb
20-08-2019, 16:50

UEFA AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək istəyən azarkeşlər üçün nəzərdə tutulan qonaqpərvərlik paketləri satışa çıxarılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, paketləri əldə etmək üçün Avropa futbol qurumun rəsmi saytı vasitəsi ilə müraciət olunmalıdır. Paketlər 3 müxtəlif kateqoriyaya bölünüb. Bunlar “The Suite” (şəxsi kabinetlər), “The Lounge” (Biznes zalları) və “The 2020 Club” (Rahat şəraitli klublar) adlanır.

“The Suite” və “The Lounge” 980 avrodan başlayan qiymətlərlə təklif olunur. Azarkeşlər “The 2020 Club” paketlərini isə 780 avrodan başlayan qiymətlərlə əldə edə bilərlər.

Bakı Olimpiya Stadionundakı oyunlarda “The 2020 Club” paketi 780 avrodur. Azarkeşlər bu arenadakı qızıl paketləri isə 1400 avroya əldə edə bilərlər. "The 2020 Club" paketinə oyun bileti, məkan, yeməklər, pivə, şərab və spirtsiz içkilər, eləcə də TV və internet daxildir.

Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində təşkil olunacaq. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq. Ən ucuz biletlər Bakı, Budapeşt və Buxarest şəhərlərindəki oyunlar üçün nəzərdə tutulub. Bu şəhərlərdəki matçalara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalısı isə 125 avroyadır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30