SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandaların sayı artırılıb

Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandaların sayı artırılıb
20-08-2019, 13:30

Futzal üzrə 2019/2020 mövsümündə Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandaların sayı artırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib. Bildirilib ki, ötən mövsüm çempionatda 7 klub yer aldığı halda, bu dəfə 10 komanda müraciət edib.

Onlardan dördü - “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” İSK ötən çempionatın iştirakçısıdır. “Marafon Futsal” 1 illik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək niyyətindədir. Yeni komandalar isə “Baku Fire”, “Record club”, “Xəzər” (Yardımlı), TFF-55 (Tələbə Futbol Federasiyasının) və “Quba Premyer”dir.

Qeyd edək ki, yeni mövsümünün püşkü sentyabrın 4-də atılacaq. Bakı İdman Sarayının Mətbuat Konfransı otağında təşkil ediləcək mərasim saat 11:30-da başlayacaq. Əvvəlcə Yüksək Liqanın püşkü atılacaq. Saat 12:00-da Birinci, saat 12:30-da isə İkinci Liqanın püşkatma mərasimi olacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30