SON DƏQİQƏ

naxcivanxeberleri.com

Boccia idman növü üzrə yarış başa çatıb

Boccia idman növü üzrə yarış başa çatıb
20-08-2019, 12:40

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Şahbuz rayon bölməsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə yarış keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarışda 14 fiziki imkanları məhdud uşaq iştirak edib.

Yekun nəticəyə əsasən qalib adını Şıxı Şıxıyev qazanıb. Amin Cəfərzadə ikinci, Arzu Orucov isə üçüncü olub.
Tədbirin sonunda yarışın qaliblərinə və bütün iştirakçılara təşkilatçıların diplomları təqdim edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30