SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qəbələ"dən ayrılan futbolçu "Sumqayıt"la müqavilə bağlayıb

20-08-2019, 11:40

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə anlaşıb.

NAXCİVANXEBERLERİ.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, son iki mövsümü "Qəbələ"də keçirən İlqar Qurbanovla 1 illik müqavilə bağlanılıb. Qurbanov "Sumqayıt"da 50 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" klubunun yetirməsi olan Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun) "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb. 2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30