SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xorvatiya Futbol İttifaqı Azərbaycan millisi ilə oyun ərəfəsində böhranla üzləşib

Xorvatiya Futbol İttifaqı Azərbaycan millisi ilə oyun ərəfəsində böhranla üzləşib
20-08-2019, 10:30

Xorvatiya Futbol İttifaqı (HNS) böhranla üzləşib.

NAXCİVANXEBERLERİ.COM “Jutarnji List”ə istinadən xəbər verir ki, HNS-in prezidenti Davor Şukerlə qurumun İcraiyyə Komitəsi arasında problem yaranıb. Tanınmış veteran futbolçu Xorvatiyanın U-21 yığmasının baş məşqçisi Nenand Qraçanı Qoran Tomiçlə əvəzləmək istəyib. Lakin İcraiyyə Komitəsi 12 üzvü yekdilliklə onun təklifini rədd ediblər.

Bildirilir ki, Şuker İcraiyyə Komitəsinin etibarını itirib və onun postundan uzaqlaşdırılması mümkündür.

Qeyd edək ki, Şuker 2012-ci ildən Xorvatiya Futbol İttifaqına rəhbərlik edir. O, 2017-ci ilin dekabrında növbəti 4 il müddətinə bu posta seçilib. Xorvatiya yığması AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisi ilə üz-üzə gələcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30