SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Sabah"dan ayrılan Marko Deviçin yeni klubu bəlli olub

20-08-2019, 10:00

"Sabah" klubundan ayrılan Ukrayna millisinin sabiq futbolçusu Marko Deviçin yeni klubu müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, serb əsilli hücumçu karyerasını vətənində davam etdirəcək. 36 yaşlı forvard Serbiya Super Liqasında çıxış edən "Vojdovats"la anlaşıb. O, 2004-2005 mövsümündə də bu komandanın formasını geyinib.

Ötən mövsüm "Sabah"da çıxış edən Deviç Azərbaycan Premyer Liqasında 21 oyuna 8 qol vurub. O, ailə vəziyyəti ilə əlaqədar paytaxt təmsilçisindən ayrılıb.

Qeyd edək ki, Deviç karyerası ərzində Serbiyanın "Zvezdara", "Jeleznik", "Radniçki", "Vojdovats", Ukraynanın "Volın", "Metallist", "Şaxtyor", Rusiyanın "Rubin", "Rostov", Qətərin "Əl-Rayan" və Lixtenşteynin "Vaduts" klublarının formasını geyinib. O, 2007/2008 mövsümündə Ukrayna Premyer Liqasının bombardiri olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30