SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Səbail" yeni mövsümə qələbə ilə başlayıb

18-08-2019, 22:50

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həftənin üçüncü matçında "Səbail" "Zirə"ni qəbul edib. Bayıldakı "ASCO" arenada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Qarşılaşmanın 79-cu dəqiqəsində Yevgeni Koçuk cərimə meydançasının daxilində əllə oyuna görə təyin edilən penaltini dəqiqə yerinə yetirib.

Qeyd edək ki, açılış turunun 2 oyununda qonaqlar qələbə qazanıb. "Qarabağ" "Keşlə"ni 1, "Sumqayıt" isə "Qəbələ"ni 2 cavabsız qolla məğlub edib. Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031