SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cüdo üzrə ölkə birinciliyində bütün qaliblər məlum olub

Cüdo üzrə ölkə birinciliyində bütün qaliblər məlum olub
17-08-2019, 21:25

"Sərhədçi" Olimpiya İdman Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasında NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarışda 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb. Birinciliyin son günündə oğlanlar və qızlar arasında səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.

Qızların yarışında Səbinə Qədirova (52 kq), Diana Şoranova (63 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq) oğlanların mübarizəsində isə Elçin Hüseynov (66 kq), Samir Ağayev (81 kq), Aslan Mirzəyev (100 kq) və İmran Yusifov (+100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.

Ölkə birinciliyinin qalib və mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30