SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb
15-08-2019, 22:41

UEFA 2018/2019-cu illər mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mövsümün ən yaxşı kişi oyunçusu adına argentinalı Lionel Messi ("Barselona”, İspaniya), hollandiyalı Virjil van Deyk ("Liverpul”, İngiltərə) və portuqaliyalı Kriştianu Ronaldo ("Yuventus”, İtaliya) iddialıdır.

Mövsümün ən yaxşı qadın futbolçusu adına isə Fransanın "Lion” komandasının üzvləri - fransalı Amandi Anri, ingiltərəli Lüsi Bronz və norveçli Ada Hegerberq namizəd göstəriliblər.

Qeyd edək ki, qalibin adı avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Ötən mövsüm bu ada müvafiq olaraq xorvatiyalı Luka Modriç ("Real Madrid”, İspaniya) və danimarkalı Pernille Harder ("Volfsburq”, Almaniya) layiq görülüblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930