SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan millisi dünya çempionatı üçün təlim-məşq toplanışına başlayıb

Azərbaycan millisi dünya çempionatı üçün təlim-məşq toplanışına başlayıb
15-08-2019, 16:44

Azərbaycan güləş yığmaları Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi ilə növbəti dəfə təlim-məşq toplanışına başlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yunan-Roma və sərbəst güləş üzrə komandalar avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib.

Toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlar isə bu gündən Türkiyə toplanışına başlayıb. Komanda Türkiyə yığmasıyla birgə Sarıyer şəhərində hazırlıq keçir.

Qeyd edək ki, sərbəst və qadın güləşçilərin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərinin hazırlıq prosesi isə ayın 30-dək davam edəcək. Sentyabrın 14-dən 22-dək keçiriləcək Qazaxıstandakı mundial olimpiadaya lisenziya xarakteri daşıyır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930