SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tanınmış futbolçunun Bakı klubundan ayrılmasının səbəbi bəlli olub

Tanınmış futbolçunun Bakı klubundan ayrılmasının səbəbi bəlli olub
15-08-2019, 15:10

Ukrayna millisinin sabiq futbolçu Marko Deviçin “Sabah”dan ayrılmasının səbəbi bəlli olub.

NAXCİVANXEBERLERİ.COM klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu rəhbərliyə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar paytaxt təmsilçisindən ayrılmaq istədiyini deyib. O, Serbiyanın paytaxtı Belqradda ailəsinin yanında qalmaq istədiyini bildirib.

“Sabah klubu serb əsilli təcrübəli forvardın istəyinə müsbət cavab verib. Oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Deviç “Sabah”ın Azərbaycan Premyer Liqasındakı ilk qolunun müəllifidir. Forvard 2018/19 mövsümündə komandanın ən sərrast futbolçusu olub (21 oyun, 8 qol).

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031