SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kiyev "Dinamo"sunun baş məşqçisi Çempionlar Liqasındakı uğursuzluğa görə işindən azad edilib

Kiyev
14-08-2019, 16:00

Ukraynanın "Dinamo" (Kiyev) klubu əsas komandanın baş məşqçisi Aleksandr Xatskeviçlə yollarını ayırıb.

NAXCİVANXEBERLERİ.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə yanaşı, onun məşqçilər heyəti də işindən azad edilib.

Qeyd edək ki, Xatskeviç 2017-ci ilin "Dinamo"nun baş məşqçisi idi. Onun rəhbərlik etdiyi komanda Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Belçika "Brügge"sinə uduzub - 0:1, 3:3.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031