SON DƏQİQƏ

naxcivanxeberleri.com

AFFA-nın təsis etdiyi yeni liqada oyunları hakimlərin yerinə məşqçilər idarə edəcək

AFFA-nın təsis etdiyi yeni liqada oyunları hakimlərin yerinə məşqçilər idarə edəcək
14-08-2019, 15:30

2019/2020-ci il mövsümündən etibarən AFFA-nın təşkil etdiyi uşaq liqalarının siyahısına daha bir yaş qrupu üzrə turnir – U-9 Liqası əlavə olunacaq.

NAXCİVANXEBERLERİ.COM qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-9 Liqasının ilk mövsümü Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə keçiriləcək. Liqada oyunlara sentyabrın son həftəsində start verilməsi planlaşdırılır. Mövsümə apreldə yekun vurulacaq.

Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək. Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq. Əvəzində, hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər.

Oyunların idarə olunması hər hissədə bir komandanın məşqçisinə həvalə olunacaq.

Liqanın yeni formatda təşkilində məqsəd uşaqların daha çox oyun keçirməsinə, komandaların oyunun nəticəsinə deyil, keyfiyyətinə diqqət ayırmasına nail olmaqdır.

Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə qeydiyyatdan keçmək istəyən komandalar liqalar@affa.az e-mail ünvanına müraciət ünvanlaya bilər.

Qeydiyyat 18 avqust – 10 sentyabr tarixləri arasında aparılacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031