SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Formula 1" komandalarında pilotların yerdəyişməsi baş verib

13-08-2019, 13:20

"Red Bull" komandası yay fasiləsindən sonra heyətində dəyişiklik etməyi qərara alıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Formula 1" mövsümünün ilk yarısındakı zəif nəticələri ilə əlaqədar fransalı pilot Pyer Qasli "Toro Rosso"ya keçirilib. Əsas komandada onun yerini tailandlı yeni tapıntı Aleksander Albon tutacaq. Dəyişiklik 30 avqust - 1 sentyabrda keçiriləcək Belçika Qran-prisindən etibarən qüvvəyə minəcək. Qasli rusiyalı Daniil Kvyatın, Albon isə hollandiyalı Maks Ferstappenin yeni komanda yoldaşı olacaq.

Qeyd edək ki, "Formula 1"də ilk 12 Qran-pridən sonra Pyer Qasli 63 xalla 6-cı, Aleksander Albon isə 16 xalla 15-ci pillədə qərarlaşıb. Əvəzində Maks Ferstappen 181 xalla 3-cü, Daniil Kvyat 27 xalla 9-cu pillədə yer alıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031