SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ" - "APOEL" oyununa 22 min bilet satılıb

13-08-2019, 12:40

Bu gün Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"- "APOEL" qarşılaşmasına 22 min bilet satılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Onun sözlərinə görə, həmin biletlərdən 80-i "APOEL" klubunun azarkeşlərinə məxsusdur. Qalan biletlərin hamısı yerli azarkeşlər tərəfindən alınıb. Hazırda oyun üçün biletlərin satışı davam edir.

Xatırladaq ki, bu gün UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” futbol klubu Kiprin "APOEL" klubu ilə cavab görüşü keçirəcək.

Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031