SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Neftçi"nin Avropa Liqasındakı rəqibinin heyətində 3 futbolçu zədəlidir

13-08-2019, 10:37

İsrailin "Bney Yehuda" komandası "Neftçi" ilə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü ərəfəsində problemlə üzləşib.

NAXCİVANXEBERLERİ.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətdəki futbolçulardan üçü zədəlidir. Bunlar müdafiəçi İtsik Azuz, eləcə də yarımmüdafiəçi Amit Zenati və Eytan Velblümdur. Onların durumlarının ciddi olduğu və meydana çıxıb-çıxmayacaqlarına oyun ərəfəsində qərar veriləcəyi bildirilir.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031