SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edə bilər

13-08-2019, 09:00

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:30-da start götürəcək.

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb.

“Qarabağ” APOEL səddini keçəcəyi halda, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və ÇL-in pley-offunda “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin Yunanıstanda keçirilən ilk oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsələr, Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.



Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu



20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)

Baş hakim: Daniel Sibert

Yan xətt hakimləri: Yan Seydel və Lasse Kozlovski

Dördüncü hakim: Martin Petersen (hakimlər briqadası Almaniyadandır)

Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)

UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031