SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış ediblər

Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış ediblər
11-08-2019, 21:15

Slovakiyada yeniyetmələrin və gənclərin şahmat üzrə Avropa çempionatı başa çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, gənc şahmatçılarımız qitə çempionatında yüksək nəticə göstəriblər.

Çempionatda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan şahmatçılarımız komanda hesabında Rusiyadan sonra ikinci olublar.

Səkkiz yaşlı qızların turnirində Dinarə Hüseynova və 14 yaşlı qızların yarışında Ayan Allaverdiyeva Avropa çempionatının qızıl medalını qazanıblar. Ayan keçən il də bu yaşda Avropa çempionu olub.

Səkkiz yaşlı qızların yarışında digər təmsilçimiz Səadət Bəşirli gümüş medal qazanıb.

Digər iki şahmatçımız - Yusif Kərimli (8 yaşlı oğlanların yarışında) və 8 yaşlıların son Avropa çempionu Cahandar Azadəliyev (10 yaşlı oğlanlar arasında) isə yarışı üçüncü pillədə başa vurublar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031