SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cüdoçularımız Macarıstanda məşq keçiblər

Cüdoçularımız Macarıstanda məşq keçiblər
9-08-2019, 20:10

Avqustun 25-də Yaponiyanın paytaxtı Tokio şəhərində start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqlarını davam etdirən milli komandamızın üzvləri Macarıstanda təlim-məşq toplantısında olublar.

Azərbaycan Cüdo Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Macarıstan, Çex Respublikası, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları qatılıb. Tata şəhərində keçirilən təlim-məşq toplantısında həm kişilər, həm də qadınlardan ibarət milli komandamızın cüdoçuları iştirak edib.

Xatırladaq ki, cüdo üzrə növbəti dünya çempioanatı avqustun 25-dən sentyabrın 2-dək Tokio şəhərində olacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031