SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Azəriqaz" abunəçilərinin sayını açıqlayıb

9-08-2019, 22:46

2019-cu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 54 341 yeni abonent qeydiyyata alınıb.

Birlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bunun da 29 579-u Bakı, Abşeron və Sumqayıt, 24 762-si isə regionların payına düşür.

2019-cu ilin təkcə iyul ayı ərzində əhali sektoru üzrə 6 745 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4909-u Bakı, Abşeron və Sumqayıt, 1836-sı isə regionların payına düşür.

Beləliklə, 01 avqust 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 238 min 584-ə bərabərdir. Bu rəqəmin 2 milyon 207 min 831-i əhali, 30 min 753-ü qeyri-əhali sektoruna aiddir.

Bundan başqa, Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 862 004, regionlar üzrə isə 1 milyon 376 min 580 təşkil edir.

Qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031