SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan cüdoçuları Macarıstanda təlim-məşq toplanışını başa vurublar

Azərbaycan cüdoçuları Macarıstanda təlim-məşq toplanışını başa vurublar
9-08-2019, 14:45

Avqustun 25-də Yaponiyanın paytaxtı Tokio şəhərində start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqlarını davam etdirən Azərbaycan millisinin üzvləri Macarıstanda təlim-məşq toplanışında olublar.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Cənubi Koreya, Monqolustan, Macarıstan, Çex Respublikası, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları qatılıb.

Tata şəhərində keçirilən hazırlıq prosesində həm kişilər, həm də qadınlardan ibarət yığma komandaların cüdoçuları iştirak ediblər.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 2-dək Tokioda keçiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31