SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropanın klub turnirlərində ən çox qol vuran futbolçular açıqlandı - SİYAHI

Avropanın klub turnirlərində ən çox qol vuran futbolçular açıqlandı - SİYAHI
7-08-2019, 14:20

UEFA Avropanın klub turnirlərinin tarixində 50-dən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM UEFA-nın saytına istinadla xəbər verir ki, siyahıya aktivində 129 qol olan portuqaliyalı Kriştiano Ronaldo ("Yuventus”) başçılıq edir. "Barselona”nın argentinalı hücumçusu Lionel Messi 115 qolla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü ispaniyalı sabiq futbolçu Raul Qonzales (77) tamamlayır.

Ümumiyyətlə, Avropanın klub turnirlərinin tarixində 18 futbolçu 50-dən çox qol vurub. Siyahıda yer alan digər futbolçular aşağıdakılardır: Filippo İnzaqi (70), Andrey Şevçenko (67), Ruud van Nistelrooy (62), Gerd Müller (62), Kərim Benzema (61), Robert Levandovski (60), Tyeri Anri (59), Henrik Larsson (59), Sergio Agüero (58), Zlatan İbrahimoviç (56), Eysebio (56), Klaas-Yan Huntelaar (55), Alessandro Del Pyero (54), Didye Droqba (50), Alfredo di Stefano (50).

Qeyd edək ki, UEFA Avropa Liqasında ən məhsuldar futbolçuların siyahısında liderlik Radamel Falkaoya (30) məxsusdur. Sonrakı yerlərdə Aritz Aduriz (26), Oskar Kardozo (20), Kevin Qameiro (19) və Cüzeppe Rossi (17) qərarlaşıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930