SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sərbəst və yunan-Roma güləşçilərimizin Gürcüstan sınağı

Sərbəst və yunan-Roma güləşçilərimizin Gürcüstan sınağı
6-08-2019, 19:27

Avqustun 7-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yarışda ölkəmizi hər iki yığmamızın üzvləri təmsil edəcək. Sərbəst güləşçilərin yarışında məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında Georgi Edişeraşvili, Şahin Muxtarov (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Pərviz İbrahimov, Ruslan Qasımov, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Gitinoməhəmməd Hacıyev, Davud İbrahimov (hər ikisi 70 kq), Toğrul Əsgərov, İsmayıl Abdullayev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq) mübarizə aparacaq.

Yunan-Roma güləşçilərimiz böyük məşqçi Rövşən Bayramovla məşqçi Turac Hüseynlinin rəhbərliyi altında uğur qazanmağa çalışacaq. Heyətdə Taleh Məmmədov (60 kq), Murad Məmmədov, Elman Muxtarov (hər ikisi 63 kq), Kamran Məmmədov (67 kq), İslambek Dadov (72 kq), Həsən Əliyev (77 kq), Elvin Mürsəliyev, Rafiq Hüseynov (hər ikisi 82 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Həbib Nurulu "Qran-pri"də ədaləti qoruyacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031