SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ"ın avrokuboklardakı potensial rəqibləri ilk oyunlarını keçirəcəklər

6-08-2019, 09:26

Bu gün 2019/2020 avrokubok mövsümündə III təsnifat mərhələsinin oyunlarına start veriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Çempionlar Liqasında (ÇL) 5, Avropa Liqasında isə 3 görüş baş tutacaq.

Azərbaycan çempionu "Qarabağ" ÇL-in III təsnifat mərhələsinin ilk oyununda Kiprdə APOEL-in qonağı olacaq.

Bu gün həmçinin Ağdam təmsilçisinin ÇL-in pley-offundakı potensial rəqibləri də üz-üzə gələcək. Yunanıstanın PAOK kollektivi Hollandiya çempionu "Ayaks"ı qəbul edəcək. "Köhlən atlar" mərhələ adlayacağı təqdirdə bu komandalardan biri ilə qarşılaşacaq.

Qurban Qurbanvun baş məşqçisi olduğu komandanın Avropa Liqasındakı potensial rəqibləri də görüşəcək. Ağdam klubu APOEL səddini aşa bilməsə, Avropa Liqasının pley-offunda "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

21:00. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)

21:00. PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)

22:00 "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan)

22:30. "Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)

22:45. "Srvena Zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)



Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

19:00. "Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan)

20:00. "Riqa" (Latviya) - HİK (Finlandiya)

22:15. "Sutyeska" (Monteneqro) - “Linfild" (Şimali İrlandiya)

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031