SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qarabağ qazilərinin futbol komandası Gürcüstanda növbəti görüşünü keçirib

Qarabağ qazilərinin futbol komandası Gürcüstanda növbəti görüşünü keçirib
5-08-2019, 19:37

Qarabağ qazilərindən ibarət “Azərbaycan” komandası Gürcüstanda amputant futbolçular arasındakı yarış çərçivəsində ikinci oyununu keçirib.

Tbilisidəki "İmedi" idman mərkəzinin meydançasında "Azərbaycan" Zestafoni şəhərinin “Marqveti” komandası ilə qarşılaşıb.

Oyunun birinci hissəsində Qarabağ qaziləri 0:1 hesabı ilə məğlub olub.

İkinci hissə "Marqveti"nin 2:0 hesabla üstünlüyü ilə başa çatıb.

Görüş 3:0 hesabı ilə Zestafoni təmsilçilərinin qələbəsi ilə yekunlaşıb.

"Azərbaycan" komandası sabah növbəti görüşünü keçirəcək. Qarabağ qazilərinin növbəti rəqibi "Tbilisi" komandası olacaq.

Qeyd edək ki, bundan öncə “Azərbaycan” komandası Qorinin “Kartli” komandası ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə Qarabağ qazilərinin qələbəsi ilə başa çatıb.(Report)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031