SON DƏQİQƏ

naxcivanxeberleri.com

UEFA Superkuboku matçını qadın referi idarə edəcək

UEFA Superkuboku matçını qadın referi idarə edəcək
2-08-2019, 15:09

İngiltərənin “Liverpul” və “Çelsi” komandaları arasında keçiriləcək UEFA Super Kuboku matçı üçün təyinatlar açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, kişilər arasında təşkil olunan avrokubok matçı ilk dəfə qadın baş hakimə həvalə olunub. Qarşılaşmanın referisi fransalı Stefani Frappar olacaq. İrlandiyalı xanım hakimlər Manuela Nikolosi ilə Mişel ONil laynsman funksiyasını yerinə yetirəcəklər. Dördüncü hakim qismində isə türkiyəli Cüneyt Çakır təyinat alıb.

Matçda videotəkrar sistemindən (VAR) istifadə olunacaq. Burada fransalı Kleman Türpenə həmyerlisi Fransua Letesye, almaniyalı Mark Borş və italiyalı Massimiliano İrrati kömək edəcəklər.

Qeyd edək ki, avqustun 14-də Türkiyənin İstanbul şəhərindəki “Vodafon Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Son mövsümdə “Liverpul” Çempionlar Liqasının, “Çelsi” isə finalı Bakı Olimpiya Stadionunda reallaşan Avropa Liqasının qalibi olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031