SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ" Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib

31-07-2019, 22:54

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İrlandiyanın "Dandolk" komandasını qəbul edib. "Dalğa Arena"da keçirilən qarşılaşma Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüş "Qarabağ"ın hücumları ilə başlayıb. 12-ci dəqiqədə Xayme Romero Ağdam təmsilçisini hesabda önə keçirib. 76-cı dəqiqədə isə digər legioner oyunçu Ailton Silva fərqlənib. 87-ci dəqiqə isə Xayme Romero özünün ikinci qoluna imza atıb.

İrlandiyadakı ilk matçda rəqibi ilə heç-heçə (1:1) edən "Qarabağ" Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin APOEL kollektivi ilə üz-üzə gələcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031