SON DƏQİQƏ

naxcivanxeberleri.com

Veteran cüdoçular Avropa çempionatında 5 medal qazanıblar

Veteran cüdoçular Avropa çempionatında 5 medal qazanıblar
27-07-2019, 20:13

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, yarışın ilk günlərində Azərbaycan cüdoçuları 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Fərhad Rəcəbli və Mübariz Cəfərov bütün rəqiblərinə qalib gələrək qitə çempionu adına sahib olublar.

Bu, F.Rəcəblinin usta cüdoçular arasında 7-ci Avropa çempionluğudur. Cüdoçularımız Yamən Fətiyev və Müşfiq Cəfərov yalnız final görüşünü uduzaraq gümüş medala layiq görülüb. Daha bir cüdoçumuz Babək Hacıyev İspaniyada bürünc medal qazanıb.

Xatırladaq ki, usta cüdoçuların Avropa çempionatında 35 ölkədən 778 idmançı mübarizə aparır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30