SON DƏQİQƏ

naxcivanxeberleri.com

EYOF: Azərbaycanın kişi cüdoçuları fərdi mübarizəni birinci pillədə bitirib

EYOF: Azərbaycanın kişi cüdoçuları fərdi mübarizəni birinci pillədə bitirib
26-07-2019, 18:42

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) cüdoçuların fərdi mübarizəsinə yekun vurulub.

NAXCİVANXEBERLERİ.COM -un məlumatına görə, Azərbaycan cüdoçuları yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

Komanda bu nəticə ilə medal sıralamasında üçüncü olub. Birinci yerdə Türkiyə (4 qızıl, 1 gümüş, 0 bürünc), ikinci yerdə isə Hollandiya (2 qızıl, 2 gümüş, 2 bürünc) qərarlaşıb.

Kişilərin mübarizəsində isə Azərbaycan komandası EYOF-da liderliyi ələ alıb. Yığma 2 qızıl, 1 gümüş və 2 bürünc medalla bütün rəqiblərini geridə qoyub. Fransa (2 qızıl, 0 gümüş, 2 bürünc) ikinci, Rusiya (1 qızıl, 2 gümüş, 1 bürünc) isə yarışı üçüncü sırada bitirib.

Qadınların yarışında yalnız bir bürünc medal əldə edə bilən yığma 12-ci pillə ilə kifayətlənməli olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031