SON DƏQİQƏ

naxcivanxeberleri.com

EYOF-də iştirak edəcək cüdoçularla görüş keçirilib

EYOF-də iştirak edəcək cüdoçularla görüş keçirilib
22-07-2019, 20:20

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edən cüdoçular və onların məşqçiləri ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ACF-dən verilən məlumata görə, Olimpiya Kəndində baş tutan görüşdə əvvəlcə həm oğlanlardan, həm də qızlardan ibarət milli komandanın məşqçiləri nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər.

Onlar respublikamızda və müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Mütəxəssislər Olimpiya Festivalında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, S.Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. ACF-in vitse-prezidenti federasiya rəhbərliyi adından yeniyetmə cüdoçulara uğurlar arzulayıb.

Qeyd edək ki, EYOF-də cüdo yarışları 24-27 iyul tarixində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Azərbaycanı bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu təmsil edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31