SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublika gömrük orqanları arasında futzal yarışı keçirilib

Muxtar respublika gömrük orqanları arasında futzal yarışı keçirilib
7-12-2018, 23:15

Muxtar respublika gömrük orqanları arasında futzal üzrə “Gömrük kuboku” uğrunda birinciliyə yekun vurulub.

Naxçıvan Olimpiya İdman Kompleksində reallaşan ənənəvi turnirdə 7 komanda mübarizə aparıb. Yarış Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 27-ci ildönümünə həsr olunub. Yarımqruplarda keçirilən oyulardan sonra ilk iki pillədə qərarlaşan komandalar adlarını növbəti mərhələyə yazdırıblar. Yarımfinal qarşılaşmalarında “Sədərək Gömrük İdarəsi” “Naxçıvan Şəhər Gömrük İdarəsi”ni, “Şahtaxtı Gömrük İdarəsi” isə “Naxçıvanterminalkompleks Birliyi” komandasını məğlub edərək həlledici oyuna vəsiqə qazanıblar.

Final qarşılaşmasından öncə keçirilən üçüncülük uğrunda görüşdə “Naxçıvanterminalkompleks Birliyi”nin futzalçıları rəqibini 13:4 hesabı ilə üstələyib.

Hər kəsin maraqla gözlədiyi “Şahtaxtı Gömrük İdarəsi” ilə “Sədərək Gömrük İdarəsi”nin qarşılaşdığı final matçı gərgin mübarizə şəraitində keçib. Oyunun birinci hissəsində tərəflər hərəyə iki dəfə fərqlənməklə fasiləyə bərəbərliklə yollanıblar. Oyunun 36-cı dəqiqəsində Aynar İsmayılovun vurduğu qol “Şahtaxtı Gömrük İdarəsi”nin çempionluğunu rəsmiləşdirib. 3:2

Komandaların mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli bu il Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandasının Belarus Respublikasında keçirilmiş beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil etdiyini qeyd edib.

Sonra komandaların və turnirdə fərqlənən idmançıların mükafatlandırılması mərasimi olub. “Şahtaxtı Gömrük İdarəsi” komandası turnirin keçici kuboku ilə yanaşı, kubok, diplom və medallarla təltif olunub. Rəhim Əliyev “Ən yaxşı qapıçı”, Bilal Nağıyev “Ən yaxşı müdafiəçi”, İlqar İsmayılov “Ən texnikalı oyunçu”, yarış ərzində 17 qol vuran Aynar İsmayılov isə “Ən məhsuldar oyunçu” nominasiyaları üzrə mükafatlandırılıblar.

(nuhcixan)

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031