SON DƏQİQƏ

naxcivanxeberleri.com

EYOF: Azərbaycanın iki qadın güləşçisi gümüş medal qazanıb

EYOF: Azərbaycanın iki qadın güləşçisi gümüş medal qazanıb
22-07-2019, 18:30

Azərbaycanın qadın güləşçiləri Gültəkin Şirinova və Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşlərini keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Gültəkin Şirinova (46 kq) finalda uduzaraq gümüş medal qazanıb. O, həlledici dueldə Rumıniya təmsilçisi Georgiana-Lavinia Antuka ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Şirinova gümüş medalla kifayətlənib.

61 kq çəki dərəcəsində mübarizə aparan Mərziyə Sadıqova isə həlledici dueldə İtaliya təmsilçisi Aurora Russo ilə üz-üzə gəlib. Rəqibinə 4:10 hesabı ilə məğlub olan Sadıqova gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan güləşçiləri hələlik 4 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Bu gün həmçinin güləşçilərdən biri final, digəri bürünc medal görüşünə çıxacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031