SON DƏQİQƏ

naxcivanxeberleri.com

Arzu Cəlilova ikiqat Dünya mükafatçısı olub - VİDEO

Arzu Cəlilova ikiqat Dünya mükafatçısı olub - VİDEO
21-07-2019, 23:20

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə gənclər arasında ilk Dünya Çempionatı yekunlaşıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan yığma komandasının üzvü, fərdi proqramda ölkəmizi təmsil edən Arzu Cəlilova çempionatın iki medalına sahiblənib.

Gənc gimnastımız ilk olaraq, iplə kompozisiyasına görə 17.400 xalla bürünc medal qazanıb. Arzunun ikinci final çıxışı isə top ilə olub. Təmsilçimiz bu proqramda daha da uğurlu çıxış nümayiş etdirərək, 19.200 xalla gümüş medala layiq görülüb.

Digər fərdi gimnastımız Nərminə Səmədova da bu gün xalça üzərində iki final çıxışı icra edib. Nərminə gürzlərlə 16.700 xal toplayaraq 7-ci, lent ilə çıxışına görə isə 15.825 xalla 5-ci yerdə qərarlaşıb.

Qrup hərəkətləri komandalarına gəldikdə isə Azərbaycan təmsilçiləri Fəridə Səfiyarzadə, Selcan Hacızadə, Ləman Əlimuradova, Milana Əkbərova və Mədinə Əsədova 5 halqa ilə icra etdikləri kompozisiyalarına görə finalçılar arasında olublar. Gənclərdən ibarət komandamızın final çıxışı 19.950 xalla dəyərləndirilib və onlar çempionatı 7-ci olaraq bitiriblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031