SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar

Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar
21-07-2019, 19:39

Avropa Gənclər Olimpiya Festivalının (EYOF) Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının birinci günündə sərbəst güləşçimiz Əbülfəz Nəsirov (55 kq) Azərbaycan milli komandasının dördüncü medalını qazanıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, finalda italiyalı Simone Vinçenzo Piroddu ilə qarşılaşan pəhləvanımız 5:10 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Bu çəki dərəcəsində bürünc medalları macarıstanlı Benedek Kiss və rusiyalı Maqomedemi Eltemirov qazanıblar.

Qeyd edək ki, Ə.Nəsirov finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bejani Barsonidzeni, rusiyalı Maqomedemi Eltemirovu məğlubiyyətə uğradıb.

Beləliklə, güləşçilərimiz Festivalı birinci günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc, sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medala sahib olublar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031