SON DƏQİQƏ

naxcivanxeberleri.com

EYOF: Azərbaycan güləşçisi qızıl medal qazanıb

EYOF: Azərbaycan güləşçisi qızıl medal qazanıb
21-07-2019, 18:00

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Türkiyə təmsilçisi Umut Çobanla üz-üzə gəlib. Rəqibini təmiz qələbə ilə məğlub edən Sadıxlı qızıl medal qazanıb.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Əbülfəz Nəsirov (55 kq) finalda italiyalı Simone Vinçentso Piroddunu, Murad Haqverdiyev (45) isə gürcüstanlı Nikolozi Santeladzeni sınağa çəkəcək. Yunan-Roma güləşçisi Nihat Məmmədli isə (55 kq) bürünc medal uğrunda dueldə türkiyəli Ateş Bekirlə münasibətlərə aydınlıq gətirəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031