SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti fərdi oyunlar başa çatıb

Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti fərdi oyunlar başa çatıb
21-07-2019, 15:50

Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında növbəti fərdi oyunlar başa çatıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu qarşılaşmalarda slovakiyalı Salma Druqdova Azərbaycan idmançısı Polina Drobişevanı 6:1, 6:0, Arica Todoni (Rumıniya) Pia Marija Rebeci (Sloveniya) 6:0, 6:0, Pedro Rodenas (İspaniya) Erden Eri (Türkiyə) 6:4, 6:3, Çelsi Fontenel (İsveçrə) Forta Morinanı (Kosova) 6:0, 6:0, Dominika Salkova (Çex Respublikası) Dani Junanı (Albaniya) 6:0,6:0, Andreas Sillaste (Estoniya) Patrik Jurinanı (Xorvatiya) 7:5, 6:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlarını yazdırıblar.

Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031