SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başlayıblar

Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başlayıblar
21-07-2019, 12:15

İyulun 21-də Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışlarında pəhləvanlarımız mübarizəyə qələbə ilə başlayıblar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, A qrupunda rusiyalı güləşçi Eldar Asakayevlə gücünü sınayan təmsilçimiz Murad Haqverdiyev (45 kq) ilk turda qələbə qazanıb.

Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Sərbəst güləş üzrə A qrupunda birinci turda Murad Haqverdiyevlə yanaşı, digər güləşçimiz Əbülfəz Nəsirov (55 kq) səkkizdəbir finalda Harvey Ridinqsla (Böyük Britaniya) mübarizə aparır. Yunan-Roma güləşi üzrə təsnifat mərhələsində təmsilçimiz Fərid Sadıxlı Andrea Martino (İtaliya), səkkizdəbir finalda Nihat Məmmədli Olivye Şkripçakla (Polşa) güləşəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031