SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar

Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar
20-07-2019, 23:29

Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları üç medal qazanıblar. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub.

Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb.

Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) bürünc medal əldə edib.

Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.

Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib. Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) bürünc medal qazanıb. Beləliklə gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb. Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031