SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan futbolunun yeni ədalət təmsilçiləri formalaşır

Naxçıvan futbolunun yeni ədalət təmsilçiləri formalaşır
20-07-2019, 16:07

Naxçıvan futbolunun yeni ədalət təmsilçiləri formalaşır.

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının İnformasiya İctimaiyyətlə Əlaqələr Deportamentindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bölgənin futbol həyatında 5 illik inkişaf strategiyası ilə fəaliyyətinin yeni mərhələsinə adlayan Naxçıvan MR Futbol Federasiyasında bu sahə ilə bağlı hazırladığı layihələrin icrasına başlayıb.
Nəzərdə tutulan işlərdən biri də yeni hakimlərin formalaşdırılaraq ilk mərhələdə Futbol üzrə Muxtar Respublika Çempionatının oyunlarına qoşulmasıdır. Bu məqsədlə hakimlik kurslarına start verilir. Öncə bu peşəyə yiyələnmək istəyən gənclərlə seminar xarakterli görüş keçirilib. Federasiyanın sədr müavini Sakit Rzayev və milli dərəcəli hakim Elmar Rzayevin iştirakı ilə baş tutan görüşdə qarşıya qoyulan məqsədlər, mövcud perspektivlər haqqında məlumat verilib. Futbol və bu əhəmiyyətli oyunun hakimliyi ilə bağlı maraqlı məqamlar, peşə xarakteristikası, UEFA və FİFA müstəvisində təyin olunan oyun qaydaları və hakimlərin uşaq futbolundakı rolu ilə bağlı fikirlər səsləndirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib. Muxtar Respublikada yeni futbol hakimlərinin formalaşdırılması və onlar üçün perspektivli mühitin yaradılması üçün hər cür şəraitin yaradılacağını bildirən Sakit Rzayev bu yolda onlara uğurlar arzulayıb.
Qeyd edək ki, hakimlik kurslarına növbəti həftədən etibarən start veriləcək.


Naxçıvan futbolunun yeni ədalət təmsilçiləri formalaşır
Naxçıvan futbolunun yeni ədalət təmsilçiləri formalaşır
Naxçıvan futbolunun yeni ədalət təmsilçiləri formalaşır
Naxçıvan futbolunun yeni ədalət təmsilçiləri formalaşır
Naxçıvan futbolunun yeni ədalət təmsilçiləri formalaşır
Naxçıvan futbolunun yeni ədalət təmsilçiləri formalaşır
Naxçıvan futbolunun yeni ədalət təmsilçiləri formalaşır

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031