SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Avropa Gənclər Yay Olimpiya Festivalında 12 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan Avropa Gənclər Yay Olimpiya Festivalında 12 cüdoçu ilə təmsil olunacaq
18-07-2019, 18:15

İyulun 21-də Bakıda start götürəcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı 12 cüdoçu təmsil edəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycanın həm oğlanlar, həm də qızlardan ibarət cüdo millisinin üzvləri 4 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Festivalda cüdo yarışlarına iyulun 24-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək.

Azərbaycan bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunacaq. Bunlar Gülşən Bəşirova (44 kq), Səbinə Əliyeva (48 kq), Aytac Qardaşxanlı (57 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Şükran Zamanlı (55kq), Turan Bayramov (60kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Məhərrəm İmamverdiyev (81kq), Ruslan Nəsirli (90kq) və Huseyn Məmmədovdur (90+).

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930