SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Qarabağ” “Ayaks”la qarşılaşa bilər

“Qarabağ” “Ayaks”la qarşılaşa bilər
18-07-2019, 15:50

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Hollandiyanın “Ayaks” komandası ilə qarşılaşa bilər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Amsterdam təmsilçisi Ağdam klubunun III təsnifat mərhələsində 11 potensial rəqibindən biridir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II raunda İrlandiya “Dandolk”unu mübarizədə kənarlaşdıracağı təqdirdə, son 3 ildə ilk dəfə olaraq püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

Beləliklə, “Qarabağ”ın “Ayaks”la yanaşı, “Kopenhagen” (Danimarka) / TNS (Uels), “Seltik” (Şotlandiya) / “Nımme Kalyu” (Estoniya), “Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan), BATE (Borisov, Belarus) / “Rusenborq” (Norveç) və “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi ilə üzləşməsi mümkündür.

Püşkatma iyulun 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” “Dandolk”la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031