SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Real" 200 milyon avroya görə Poqbadan imtina edir

18-07-2019, 14:26

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın "Real"a keçidi bu yay alınmaya bilər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, buna səbəb mankunyanların fransalı yarımmüdafiəçi üçün tələb etdiyi təzminat məbləğidir.

Belə ki, "Qırmızı şeytanlar" 26 yaşlı oyunçuya 200 milyon avro qiymət qoyub, bu da "kral klubu" üçün kifayət qədər yüksək məbləğ hesab edilir.

İspaniya mətbuatı iddia edir ki, "Mançester Yunayted" rəhbərliyi bununla Poqbanı komandada saxlamaq istədiklərini bildirib. Hətta komandanın baş məşqçisi Ole-Qunnar Sulşerin yeni mövsümdən kapitanlıq sarğısını Poqbaya həvalə edəcəyi gözlənilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031