SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Neftçi” “Sperantsa” matçından öncə azarkeşlər üçün xüsusi fan-zona yaradılacaq

“Neftçi” “Sperantsa” matçından öncə azarkeşlər üçün xüsusi fan-zona yaradılacaq
18-07-2019, 12:22

Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Sperantsa” matçından öncə azarkeşlər üçün xüsusi fan-zona yaradılacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, fan-zonada futbolsevərləri müxtəlif əyləncələr gözləyir. Fan-zonanın bütün təkliflərindən yararlanmaq üçün oyuna iki saat qalmış stadionda olmaq lazımdır.

Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri “Bakcell Arena” stadionlarının kassalarından, həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarından və “Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031