SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstanı “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında 36 idmançı təmsil edəcək

Gürcüstanı “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında 36 idmançı təmsil edəcək
18-07-2019, 10:03

Gürcüstanı “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında 6 idman növü üzrə 36 idmançı təmsil edəcək.

Gürcü idmançılar üzgüzülük, tenis, velosipedsürmə, atletika, cüdo, sərbəst və Yunan-Roma güləşində yarışacaqlar.

Gürcüstan komandasına ən çox cüdo üzrə idmançılar (15 nəfər), ən az isə üzgüçülük və tennis üzrə idmançılar daxildir. Bu idman növlərində Gürcüstanı hər biri üzrə 3 idmançı təmsil edəcək.

Festivalda iki gürcü hakim də akkreditasiyadan keçib. Bunlar güləş üzrə Mixeil Qrdzelidze və idman gimnastikası üzrə Besarion Qamsaxurdiadır.

Qonşu ölkənin nümayəndə heyətində 11 nəfərdən ibarət rəsmi, inzibati və məşqçi heyət də təmsil olunub.

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında Gürcüstanın olimpiada nümayəndə heyətinin bayraqdarı cüdoçu Giqa Tatiaşvili olacaq. (Report)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031