SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ"ın sabahkı oyununa xüsusi avtobuslar ayrılır

16-07-2019, 16:35

Sabah nəzərdə tutulan "Qarabağ"-"Partizani" klublarının oyunu üçün xüsusi avtobuslar ayrılacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Qarabağ FK"dan bildiriblər. Qeyd olunur ki, klub bu barədə Bakı Nəqliyyat Agentliyinə müraciət edib və qarşı tərəf bunu müsbət cavablandırıb:

"Qarabağ"ımız sabah, saat 21:00-da Çempionlar Liqasının I təsnifat mərhələsində "Dalğa Arena"da Albaniyanın "Partizani" klubuyla qarşılaşacaq. Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün klubumuzun Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Belə ki, sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031