SON DƏQİQƏ

naxcivanxeberleri.com

Olimpiya Festivalında çıxış edəcək velosipedçilər müəyyənləşib

Olimpiya Festivalında çıxış edəcək velosipedçilər müəyyənləşib
16-07-2019, 17:25

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək oğlan və qızlardan ibarət yığma komandalarımızın heyəti məlum olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, mötəbər yarışda 3 qız və 3 oğlan velosipedçimiz yarışacaq.

Seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötüşməsinin (ilk 3 yer), həmçinin EYOF-a hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışı və bir sıra yoxlama yarışlarının nəticələri əsas götürülüb.

Qızlar

Lalə Əbdürəhmanova (7 saylı Olimpiya Məktəbi)

Gülşən İsmayılova (7 saylı Olimpiya Məktəbi)

Məleykə İsgəndərova (Respublika Olimpiya Velosiped Məktəbi)

Oğlanlar

Nikita Sıtov (Respublika Olimpiya Velosiped Məktəbi)

Mustafa Muxtarlı (7 saylı Olimpiya Məktəbi)

Nofəl Nuriyev (“Neftçi” İdman Klubu İctimai Birliyi)

EYOF proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblərin adına aydınlıq gələcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031